Putindən KƏSKİN SÖZLƏR: Kremlin cavabı fərqli olacaq

0
262

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ və NATO Moskvaya təhlükəsizlik zəmanəti verməkdən imtina edərsə, Kremlin cavabı çox fərqli ola bilər.

Rusiya lideri bu barədə “Rossiya-1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində danışıb.

Vladimir Putin Kremlin cavabının rus hərbi ekspertlərin verəcəyi təkliflərdən asılı olduğunu bildirib.

Putin vurğulayıb ki, Rusiya ABŞ və NATO-ya öz təkliflərini “nəyisə ört-basdır etmək və dayandırmaq” üçün deyil, diplomatik danışıqlarda qanunla təsbit olunmuş nəticəyə nail olmaq üçün irəli sürüb. “Biz bunun üçün çalışacağıq. Rusiyanın NATO-nun daha da Şərqə doğru genişlənməsinə reaksiyası çox fərqli ola bilər” – Putin əlavə edib.

Qeyd edək ki, dekabrın 15-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri haqqında sazişin və Rusiya Federasiyasının və NATO-ya üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında sazişin layihələrini Amerika tərəfinə təhvil verib. Sənəddə xüsusilə qeyd olunur ki, ABŞ NATO üzvü olmayan keçmiş SSRİ ölkələrinin ərazilərində hərbi bazalar yaratmamalıdır. ABŞ həmçinin öz infrastrukturundan hərbi fəaliyyət üçün istifadə etməməli və onunla ikitərəfli hərbi əməkdaşlığı inkişaf etdirməlidir. Sənədə əsasən, NATO ölkələri Ukrayna ərazisində, eləcə də Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanın digər dövlətlərində hər hansı hərbi fəaliyyətdən çəkinməlidir.