Gürcüstan-Rusiya yolu açıldı

0
308

Gürcüstan-Rusiya avtomagistralının Qudauri-Kobi hissəsində minik avtomobillərinin hərəkətinə icazə verilib.

BBu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Məlumata əsasən, yolun həmin hissəsində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, patrul polisinin birbaşa nəzarəti və koordinasiyası altında həyata keçirilir.

Qeyd edək ki, qar və buzlaşmaya görə yük avtomobillərinə olan qadağa hələ də qüvvədədir.

Xatırladaq ki, Gürcüstandan Rusiyaya gedən avtomagistralın Qudauri-Kobi hissəsi yağan güclü qar səbəbindən bir neçə gün bağlı olub.