Qaz sayğaclarına müdaxilə ilə bağlı yeni sənəd qəbul ediləcək

0
212

“Yaxın zamanda qaz sayğaclarına müdaxilə ilə bağlı hüquqi sənədin təsdiqi gözlənilir”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.

O bildirib ki, İstehsalat Birliyi sayğaclara, qaz xəttinə kənar müdaxilə zamanı dəymiş ziyanı hesablaya bilər, lakin onun hesabat metodikasının dövlət tərəfindən hüquqi sənədlə təsdiqi yoxdur:

“Məhkəmə işləri zamanı bəzi məqamlarda yeganə hüquqi cəhətdən çətinliyimiz bundan ibarət olur. Lakin, yaxın zamanda müvafiq hesabat metodikası hüquqi sənədlə təsdiqini tapacaq”.