İmişlidə qəza nəticəsində 11 min abonentin qaz təchizatında fasilə yaranıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumatda bildirilir ki, İmişli rayon mərkəzində şəhər əhalisini təbii qazla təmin edən diametri 325 mm olan polad borunun yerüstü yol keçidi hissəsi avtomobil qəzası nəticəsində sıradan çıxıb.
Qəza nəticəsində qaz xəttinin üzərində olan diametri 150 və 300 mm olan siyirtmə və qaz tənzimləyici tamamilə sıradan çıxıb.
Hazırda sözügedən ərazidə qaz təchizatında yaranan fasilənin tezliklə aradan qaldırılması məqsədi ilə qəza-bərpa işləri davam etdirilir.