“Azəriqaz”ın baş direktoru limitlərdən DANIŞDI

0
245

“Bu gün Azərbaycanda 2500 kubmetrə qədər qazın orta qiyməti 15-16 qəpik arasındadır”.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.

O, tarif bölgüsü ilə bağlı sualı cavablandırarkən bildirib ki, ölkədə ümumi 2 400 000 abonent varsa, onların 2 300 000-u əhali kateqoriyasındadır və hazırda tətbiq edilən tarifin özü sosial yönümlüdür:

“Bütün abonentlər üçün Tarif Şurası tərəfindən təsdiq olunmuş tarif mövcuddur. Qazın sərfiyyatı 1200 kubmetrə qədər 1 kubmetr üçün 12 qəpik, 2500 kubmetrə qədər 1 kub üçün 12 qəpikdir. Qeyri-əhali kateqoriyası üzrə isə qiymət tam fərqlidir – 20, 22, 25 qəpik”.

Baş direktor qeyd edib ki, qeyri-əhali üzrə qazın az və ya çox işlədilməsinin fərqi yoxdur:

“Ümumiyyətlə, əhali ilə qeyri-əhali abonentləri arasının qaz sərfiyyatının biri-birinə aidiyyəti yoxdur. Hər bir abonent sayğaca uyğun ödəniş edir və limiti keçdikdə də ona uyğun ödəniş edir. Bu tarif özü sosial yönümlüdür”.