Futbol millimiz 2021-ci ili neçənci pillədə tamamladı?

0
251

Milli komandaların FIFA reytinqi açıqlanıb.

Azərbaycan millisi 2021-ci ilin son cədvəlində 120-ci pillədə qərarlaşıb.

Komandamızın hesabında 1 139 xal var. Hesabat dövründə heç bir matça çıxmayan Canni De Byazinin yetirmələri ötən aydakı mövqeyini qoruyub.

Siyahıya Belçika yığması başçılıq edir. Braziliya 2-ci, Fransa 3-cüdür.

Qeyd edək ki, növbəti siyahı fevralın 10-da açıqlanacaq.