Rasim Məmmədov ziyarətgahda haqq, ədalət çağırışı etdi -video

0
369

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM-nın I vitse-prezidenti, SİMİB rəhbəri Rasim Məmmədov Azərbaycan xalqının ən dəyərli, dini məbədlərimizdən olan Mirmövsüm Ağanın ziyarətgahında olmuşdur.
“Buradan xalqımıza, millətimizə, ordumuza, dövlətimizə Müzəffər Ali Baş Komandanımıza dualar edir və özümə də can sağlığı arzulayıram.
Bəzən insanlar Allahı unudur, maddiyyatı Allahdan üstün tuturlar. Bəzən də insanlar Allahın izni ilə ona vəsilə olan və hətta ona qayıtmasına dəstək olan insanları unudaraq, böyük rütbəyə çatdığını ən böyük ucalıq hesab edərək, haqsız və ədalətsiz olurlar.
Mən bu gün buradan üzümü böyük Allaha tutaraq deyirəm ki, əgər mən haqsızamsa canımı bu dəqiqə alsın. Mən insanları ədalətə dəvət edirəm və Allahdan hərkəsə şəfa diləyir, xalqımıza, millətimizə uğurlar, sonda isə özümə dua edirəm.”
Bu ziyarətdə bunları söyləyən Rasim Məmmədov eyni zamanda demişdir:
“Allahım sən haqqın, ədalətin yolunda olduğun kimi, bu səhər çağında səndən haqq, ədalət diləyirəm. Çətin keçmişimizi unutmayaq, gəlin bizə olan yaxşılığı xırda hisslərlə dünyanın madiyyatına qurban verməyək. Gəlin çiynimizdəki rütbə böyüdükcə Allahdan uzaqlaşmayaq.”
Rasim Məmmədov xalqına, xüsusilə də məmurlara üz tutaraq demişdir: “Dünyanın malı dünyada qalacaq. Gəlin malı, pulu, var-dövləti yox, insanlığı, haqqı, ədaləti özümüzdə bərqərar edək.”

Videoya aşağıdakı linkdən baxa bilərsiniz.

https://m.facebook.com/story.php?story_fbid=925810898301725&id=100026184695404&sfnsn=mo