Hava şəraiti ilə bağlı avtomobil yollarının VƏZİYYƏTİ

0
296

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb.

Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağıb, qarın hündürlüyü yoldan kənarlarda 30-35 santimetr təşkil edir.

16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlib. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilib, qum-duz səpilib. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi: Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənib, qum-duz səpilib. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağıb, yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi-Xızı: Qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan: Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan-Şamaxı-Muğanlı: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-Ağsu-Yevlax: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı-Ələt-Hacıqabul: Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul – Ucar – Yevlax – Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı-İsmayıllı: Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı-Qəbələ-Oğuz-Şəki: İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağıb, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi: Marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax-Şəki (Göybulaq): Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə-Daşkəsən-Xoşbulaq: Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlib, qum-duz səpilib. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy: Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilib. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi: Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

AAYDA-dan verilən məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı-Yardımlı: Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran-Lerik: Səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul-Bəhramtəpə-Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.