Mahir Emreli “Legiya”nın ən yaxşı futbolçusudur

0
230

Polşa “Legiya”sında futbolçuların cari mövsümün ilk yarısına aid statistik göstəriciləri açıqlanıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Varşava təmsilçisinin ən yaxşı oyunçusudur.

Qış fasiləsinədək, bütün turnirlər daxil olmaqla, 11 qol vurmuş forvard komandanın ən sərrast üzvüdür. Onun aktivində 2 məhsuldar ötürmə də var.

Emreli oyun sayına görə də liderlər sırasındadır. 33 matçda forma geyinmiş futbolçu ümumilikdə 2 066 dəqiqə meydanda olub. Hücumçu bu göstəricidə yalnız Mateuş Veteska (2 962), Bartoş Sliş (2 515), Lukinyas (2 301) və Filip Mladenoviçdən (2 220) geri qalır.

Qeyd edək ki, Mahir Emreli cari mövsümün əvvəlindən “Legiya”da çıxış edir.