Suraxanıda abadlaşdırmaya kim və necə mane olur?Qanundan üstün olmaq cəhdi -video

0
362

Əziz Əzizovun iki il əvvəl, 2019-cu ilin noyabrında Suraxanı rayon icra hakimiyyətinin başçısı təyin edilib. Ötən iki ildə Suraxanı rayonun mənzərəsi dəyişib. Yolların, səkilərin abadlaşdırılması ilə yanaşı yeni park və yaşıllıqlar salınıb. Koronavirus pandemiyasının ağır şərtləri bütün dünya və ölkə ilə bərabər Suraxanı rayonunda həyata keçirilən işlərin sürətinə təsir edib. Yəni, ötən iki ildə həyata keçirilmiş işlər normal şərtlər çərçivəsində deyil, ağır pandemiya şərtləri çərçivəsində həyata keçirilib.
Suraxanı rayonun əksər ərazilərində həyata keçirilən abadlıq işlərinin öz məhəllələrində görmək istəyən Suraxanı rayonu, Şərq yaşayış sahəsinin bir qrup vətəndaşı icra başçısına müraciət edərək yaşadıqları ərazilərin 1-ci döngə adlandırılan ərazidə abadlıq işlərinin aparılmasını xahiş ediblər. Vətəndaşları əsas narahat edən bu ərazinin 318 saylı məktəbin yolunun üzərində olmasıdır. Belə ki, bu ərazidə ayrı-ayrı şəxslər qanunsuz olaraq müəyyən əraziləri çəpərləyərək özlərinin mülkiyyəti elan ediblər. Baxımsız vəziyyətdə olan bu ərazilər isə sahibsiz itlərin yığınaq yerinə çevrilib. Bu isə məktəblilər üçün real təhlükəyə çevrilib. Qış fəsilinin düşməsi ilə ərazidən keçmək daha təhlükəli olub. Bütün bunlara görə vətəndaşların müraciətini, rayonun abadlaşdırılması planın bu əraziyə çatmasını nəzərə alan icra başçısı ərazidə abadlıq işlərinin keçirilməsinə qərar verib.
Bu isə qanunsuz şəkildə torpaq mənimsəmiş şəxslərdən bəzilərinin və onların havadarlarını narahat etdiyi üçün hərəkətə keçiblər. Adı belə dəqiq məna və mahiyyət bildirməyən, fəaliyyət istiqaməti aydın olmayan “Yeni ictimai nəzarət xidmət qrupu respublika üzrə” adlı qurumun rəhbərinin müavini kimi təqdim edən şəxsin davranışları buna məlumdur. Bu adamın hərəkəti müharibə qəhrəmanlarının, şəhidlərin və qazilərin adından sui-istifadə etməkdir. Şəhid ailələrinin və qazilərin hüquq və maraqalrının qorunması, təmin edilməsi üçün qanunvericilik aktları və dövlət proqramları mövcuddur. Məsələn, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı çərçivəsində 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə 70 faizə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev verilib.Prezident İlham Əliyevin sərəncamı ilə 2021-2025-ci illərdə 11 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq. Ancaq şəhidlərin və qazilərin adından sui-istifadə edənlər qanunsuz şəkildə hansısa mülkiyyəti əllərinə keçirməyə çalışırlar. Çünki onlar bilirlər ki şəhid ailəsi və müharibə əlili olmadıqları üçün dövlət proqramından istifadə etmək imkanları yoxdur. Buna görə qanunsuzluqlar etməkdən çəkinmirlər. Əgər hüquq-mühafizə orqanları bu qanunsuzluqların qarşısını almaq üçün addımlar atsa bu əslində şəhid ailələrinin və müharibənin əlillərinin hüquqlarının qorunmasına xidmət edər.
Suraxanı rayonu, Şərq yaşayış sahəsinin 1-ci döngə adlanan ərazidə həyata keçirilən abadlıq işləri isə bu ərazidə yaşayan sakinlərin maraqlarının təmin edilməsinə, Suraxanı rayonu ərazsisində abadlıq işlərinin bu ərazilərə çatması ilə nəticələnəcək. Burada həyata keçiriləcək abadlıq işlərindən isə ən çox məktəblilərin bundan sonra bu ərazidən qorxmadan keçib getmsinə imkan verəcək. Buna görə də Suraxanı rayonu, Şərq yaşayış sahəsinin sakinləri abadlıq işlərinin davam etdirilməsini tələb edirlər.
Arzuman Loğmanoğlu.