Sumqayıtda yaşayış binalarının qarşısındakı zibil konteynerləri yandırılıb? – AÇIQLAMA + VİDEO

0
301

Sumqayıt Şəhər İcra Hakimiyyəti 30-cu məhəllə deyilən ərazidə zibilin konteynerdə yandırılması məsələsinə münasibət bildirilib. 

Qurumdan bildirilib ki, digər ərazilərdə olduğu kimi həmin ərazidən də gündəlik məişət tullantıları vaxtında götürülür:

“Axşam saatlarında belə bir hadisə baş verib və dərhal söndürülüb. Qəsdən yandırılması ilə bağlı iddia əsassızdır”.

11:48

Sumqayıt şəhərində zibil heç bir yerə daşınmadan qalaqlandığı yerdə yandırılır.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Sumqayıt şəhərində 30-cu məhəllə adlanan ərazisində ətrafda yaşayış binaları olmasına baxmayaraq, zibil elə konteynerdə yandırılır.

Həmin görüntüləri aşağıdakı linkdə təqdim edirik:

//baku.tv/az/dunyaa/48123/