Gəncədə sərxoş evinə od vurdu – FOTO/VİDEO

0
633

Gəncə şəhərində yanğın hadisəsi baş verib.

Hadisə İsmət Qayıbov küçəsi, ev 5 ünvanında qeydə alınıb.

Mənzil sahibi tərəfindən yandırılıb. Belə ki, sərxoş vəziyyətdə olan Hüseynov Şahin Mircəfər oğlu öz evinə od vurub.

Nəticədə üç otaqlı mənzil bütün əşyaları ilə birlikdə yanıb.

Əraziyə Kəpəz və Nizami rayonundan 4 yanğınsöndürən maşın və 34 nəfər canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlər alovun qonşu binalara keçməsinin qarşısını alıblar.

Qeyd edək ki, bu, Ş.Hüseynovun ilk belə əməli deyil. Sözügedən şəxs bundan əvvəl də bir neçə dəfə sərxoş vəziyyətdə evində yanğın törədib.