Azərbaycanda son sutkada daha 15 nəfər koronavirusdan ölüb – FOTO

0
257

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 582 yeni yoluxma faktı qeydə alınıb, 1 370 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 609 397 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 585 284 nəfər müalicə olunaraq sağalıb, 8 182 nəfər vəfat edib. 15 931 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 495, bu günə qədər isə ümumilikdə 5 739 928 test icra olunub.