Qazinin iş problemi – VİDEO

0
303

Ceyhun da 44 günlük Vətən Müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Füzuli,Cəbrayıl,Qubadlı,Laçın və Zəngilanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.Cəbrayıl istiqamətində ağır yaralanıb. Xəstəxanaya çatdırılan döyüşçü burada müalicə aldıqdan sonra 20 gün müddətinə məzuniyyətə göndəriib. Məzuniyyətini başa vuran Ceyhun yenidən müharibəyə qayıdıb və döyüşlərdə iştirak edib. Müharibə qurtaranacan xidmətini davam etdirən müsahibim daha sonra tərxis olunub.

Havalar soyuyandan bu yana Ceyhunun ağrıları birə beş artıb. Ağrıların kəskin olması onun əmək fəaliyyətinə də ciddi təsir göstərir . Amma buna baxmayaraq Ceyhun səhhətindəki problemlərə rəğmən çalışmaq istəyir. Çünki öhdəliyində baxmalı olduğu insanlar var.

Ceyhunun problemi ilə bağlı Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq.Agentlikdən bildirildi ki,Ceyhun Əhmədova müəyyən iş yerləri təklif olunub. Ancaq qazi işləmək istədiyi konkret qurum olduğunu bildirib və ona təklif olunan iş yerlərindən imtina edib. Ceyhun Saatlı rayon Suvarma Sistemləri İdarəsində çalışmaq istəyir. Adı çəkilən müəssisədə dövlət məşğulluq agentliyinin sistemində boş yer olmadığından həmin iş yerinə göndəriş daxil etmək mümkün olmayıb. Məsələ ilə bağlı Meliorasiya və Su təsərrüfatı ASC ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, həmin idarədə hazırda vakant yer olmadığı üçün qazini işə götürmək mümkün deyil ancaq,bu məsələ nəzarətə götürülüb boş yer olduğu təqdirdə qazi işlə təmin olunacaq.

Videonu aşağıdakı linkdən baxa bilərsiniz

https://daytube.az/embed/120725