Gözəl və xeyirxah bir insanın ad günüdür

0
382

Bu gün İctimai Nəzarət Koalisiyasının Abşeron Nümayəndəliyinin sədri, yazar-pedaqoq Nəzakət Emin qızı Kərimova-Əhmədovanın ad günüdür. Nəzakət xanım eyni zamanda respublikanın tanınmış təhsil işçisi olmuş, “İlin Müəllimi” adına layiq görülmüşdür. “Tərəqqi” medalını da sahib olan Nəzakət xanım həmçinin 40 ilə yaxın Bakıdakı N.Nərimanov adına ev muzeyinin filialını yaratmış, Xudat şəhərində “N.Nərimanov” xatirə muzeyinə rəhbərlik etmişdir. Fəal siyasətçi-ictimaiyyətçi Nəzakət Kərimovanın ad günündə İNK sədri Rasim Məmmədov, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın bölgə təmsilçiləri iştirak etmişlər. Nəzakət xanımı ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı diləyir, işlərində daim uğurlar və müvəffəqiyyətlər arzu edirik.

“ictimai.xeber.az”