Güzəştli mənzillərin satışına hazırlıq işlərinə başlanılıb – FOTO

0
331

Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına hazırlıq işləri çərçivəsində satışa çıxarılacaq güzəştli mənzillər agent bank və qiymətləndirici şirkətlərə nümayiş etdirilib.

Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumatda bildirilib ki, kompleksdə ümumilikdə 986 mənzil var.

Yaşayış binaları ilə yanaşı Kompleksdə 125 yerlik uşaq bağçası, 1176 şagird yerlik orta təhsil məktəbi inşa edilib.

23 dekabr 2021-ci il tarixində Gəncə Yaşayış Kompleksində yerləşən güzəştli mənzillərin satışına başlanılacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcək. Gözləmə qaydasında mənzillərin seçimi 27 dekabr 2021-ci il tarixində başlayacaq və 30 dekabr 2021-ci il tarixinədək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Gəncə şəhərində güzəştli mənzillər barədə ətraflı məlumat linkdən əldə etmək mümkündür.