Azərbaycanda 160 mindən çox uşağa görə aliment ödənilir

0
272

İcra xidmətinin icraatında 700 mindən çox icra sənədləri varsa, onlardan 100 minindən çoxu aliment tələbi ilə bağlıdır”.

Bunu Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova “Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda keçirilən canlı yayımda deyib.

O bildirib ki, bunların sayı ilbəil artmaqdadır: “Aliment işlərində uşaqların sayı 160 mindən çoxdur. 2009-cu ildə alimentlə bağlı icra sənədlərinin sayı 25 mindən çox idisə, son iki ildə 4 dəfəyə qədər artım olub. Bununla da 99 mindən çox icraatda icra tələbi olub. Son il yarım ərzində 130 milyon manatdan çox aliment tələbkarlara ödənilib”.