Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB xəbər verir ki, hərracda tələb 102,8 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 dekabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 28,5% artıb.