Nikol Paşinyan: “Azərbaycanla dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqlədik”

0
311

Azərbaycan və Ermənistan Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisi ilə bağlı razılığa gəlib.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

“Biz Brüsseldə Azərbaycan Prezidenti ilə görüşdə Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun tikintisinə dair razılaşmanı təsdiqlədik”, – deyə Nikol Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, belə bir razılıq üçtərəfli işçi qrupunun Ermənistan, Rusiya Federasiyası və Azərbaycan baş nazirinin müavininin görüşləri zamanı əldə olunub və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüş zamanı müəyyən edilib.