Kosmik tədqiqatlarda bir ilk: Günəşə tarixi “toxunuş” baş tutub

0
276

ABŞ Kosmik Agentliyi (NASA) “Parker” kosmik gəmisinin günəş atmosferindən keçdiyini açıqlayıb. Beləliklə, ilk dəfə kosmik gəmi Günəşin xarici atmosferindən keçib.

Kosmosda tarixi nailiyyət Günəş ətrafında korona adlanan bölgəyə qısa müddət ərzində daxil olan “Parker” Günəş zondu tərəfindən əldə edilib.

Günəşə “toxunan” uçuş aprel ayında baş tutsa da, məlumatların təhlili indi bunu təsdiqləyə bilib.

“Parker” Günəşin necə işlədiyinə dair yeni anlayışlar əldə edərək, güclü istilik və radiasiyaya dözməli olub.

“Parker Solar Probe” agentliyin indiyə qədər həyata keçirdiyi ən ciddi missiyalarından biridir.

Üç il əvvəl buraxılan və avtomobil ölçüsündə olan vasitə Günəş ətrafında dolaşaraq yaxın keçidlər edir.