Baş prokuror: “Ermənilər Vətən müharibəsi dövründə 100 milyon dollardan çox qanunsuz vəsait toplayıb

0
362

Azərbaycan ianə toplanması fəaliyyətinin cinayətkarlıq məqsədləri üçün istifadə olunması faktı ilə də üzləşib.

Bunu Baş prokuror Kamran Əliyev BMT-nin korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli sessiyasında “İanə toplanması fəaliyyətlərinin korrupsiya və digər cinayətkarlıq məqsədləri üçün sui-istifadəsi” adlı xüsusi tədbir zamanı deyib.

“44 günlük Vətən müharibəsi dövründə erməni mənşəli fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycanın suveren ərazilərində terrorçu fəaliyyətin həyata keçirilməsi məqsədilə 100 milyon ABŞ dollardan artıq qanunsuz vəsait toplayıb. Bununla bağlı Baş Prokurorluq tərəfindən araşdırmalar aparılaraq müvafiq sübutlar əldə edilib”, – Baş prokuror bildirib.