Cananadan eks-əri üçün qız alan Mətanət İsgəndərliyə SƏRT SÖZLƏR: 21 yaşında…

0
334

Xəbər verdiyimiz kimi, Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimi ikinci dəfə evləndirməyə hazırlaşır. Aysel adlı xanıma elçi gedən Kərimin “həri” tortunun fotoları sosial şəbəkədə yayılıb.

Müğənninin eks-gəlini Canana keçmiş həyat yoldaşının evlənməsinə səssiz qalmayıb.

O, Kərimə xeyir-dua versə də, Mətanət İsgəndərlinin onları illərlə boşatdırmaq istədiyini etiraf edib:

“Bu zaman nə demək lazımdır, Allah xoşbəxt eləsin. Axır ki, illərlə qurduğun istəyinə nail oldun. Mən Canana da sənə xeyir-dua verirəm. Sən o Mətanət İsgəndərlisən ki, 21 yaşında qıza üzük taxıb sonra onun başına 8 il oyun gətirən. Mən Canana hər zaman sənin hörmətini saxladım. Mənim balalarımı geri qaytar, mən övladlarımı heç bir ögey anaya vermək üçün dünyaya gətirməmişəm”.