İqtisadi Şura “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı müzakirə etdi

0
268

Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Bu barədə  Nazirlər kabinetindən məlumat verilib.

Bildirilib ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən toplantıda Azərbaycan Prezidenti tərəfindən 2 fevral 2021-ci il tarixli “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə imzalanmış sərəncamdan irəli gələrək hazırlanmış “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində təklif olunan tədbir və layihələrin dövlət büdcəsi ilə əlaqələndirilməsi və maliyyələşməsi (resurs zərfi) və digər aktual məsələlər müzakirə olunub.