Xankəndidə separatçıların növbəti özbaşınalığı

0
305

Xankəndidə geniş funksiya və tapşırıqlara malik polis qüvvələri yaradılacaq.

Bu barədə separatçıların “polis rəisi” Artyom Arutyunyan danışıb.

“Onlar “ölkənin” müdafiəsində iştirak edəcək, xüsusi və mühüm obyektləri mühafizə edəcək, xüsusi yüklərin daşınmasının təhlükəsizliyini təmin edəcəklər”, – o deyib.

Onun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi zərurəti 2020-ci il müharibəsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır.