Azərbaycanlı reperlərin “trek”i Rusiyada “İlin mahnısı” seçildi – FOTO

0
375

Rusiyada “VK Music” xidməti 2021-ci ilin yekunlarını açıqlayıb. VK-nın press-relizinə görə, “HammAli & Navai”nin “Ptiçka” mahnısı “İlin mahnısı” seçilib.

Qeyd edək ki, rep qrupunun ifaçıları HammAli (Aleksandr Əliyev), Navai (Nəvai Bəkirov) əslən azərbaycanlıdırlar.

“HammAli & Navai” rep dueti 2016-cı ilin iyun ayında yaranıb. Rusiyada tanınan və sevilən qrup 2020-ci ildə “Novoe Radio Awards”da “Ən yaxşı qrup” mükafatına layiq görülüb

“VK Music” versiyasına görə digər qaliblər aşağıdakılardır:

“İlin artisti” – Morqenştern;

“İlin albomu” – “Million Dollar: Business” (Morqenştern);

“İlin Morqenşterni” – Artur Pirojkov;

“İlin artisti” – Zivert;

“İlin qrupu”  – “Artik & Asti”;

“İlin əcnəbi artisti” – Maneskin;

“İlin mahnısı” – “Ptiçka” (“HammAli & Navai”);

“İlin repiti” – “Baby Mama” (Skriptonit, Rayda);

“İlin kuratoru” – “Rodnoy zvuk”;

“İlin musiqi icması”  – “Tixoye Mesto”, “Rifmı i Pançi”, “Storona”;

Bundan əlavə, xidmət ilin ən populyar 30 mahnısının pleylistini yaradıb.

“VK Music” bütün VK musiqi məhsullarını – sosial şəbəkələrin musiqi bölmələrini, paylaşılan kontent kitabxanasını, musiqiçilər və leyblər üçün məhsulları, ümumi tövsiyə texnologiyalarını və ayrıca mobil proqramları birləşdirir.