Taliban dollarla alğı-satqını qadağan etdi

0
300

Taliban Əfqanıstanda milli valyutanın – əfqaninin son günlər kəskin ucuzlaşması ilə əlaqədar dollar alğı-satqısını qadağan edib.

Bu barədə Əfqanıstanın “Aamaj Nyus” agentliyi məlumat yayıb.

Kabildəki ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, Talibanın hakimiyyətə gəlməsindən sonra artıq 114 əfqani səviyyəsinə çatıb.

Oktyabrın 6-da Mərkəzi Bank ölkədə bütün ticarət əməliyyatlarının yalnız Əfqanıstanda həyata keçirilməli olduğu barədə fərman verib. Taliban rəsmiləri daha sonra iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanları cəzalandıracaqlarını bildiriblər.