Bu texnika da Türkiyə ordusunun arsenalına daxil edildi

0
406

Türkiyənin mina və əllə hazırlanan partlayıcı maddələri aşkarlayaraq zərərsizləşdirən zirehli texnikası – METİ Quru Qoşunlarının arsenalına daxil edilib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir bildirib.

O qeyd edib ki, METİ vasitəsilə zirehli texnikanı tərk etmədən partlayıcı maddələri aşkar etmək, müəyyənləşdirmək və qismən müdaxilə etmək mümkündür:

“Texnika 9 nəfərlik heyəti daşıma qabiliyyətinə malikdir. Eyni zamanda, METİ-nin üzərində yerləşdirilən robot qol içəridən idarə olunur. Robot qol həmçinin uzaqdan idarəetmə sistemi ilə avtomobilin kənarından da idarə oluna bilər”