Qonşudan geri qalmamaq üçün yüksək faizli kreditlə alınan cehizlər: Qazanan kimlərdir? – VİDEO

0
304

Ölkəmizdə hələ də cehiz adəti özünü qoruyub saxlamaqdadır. Ailələr orta səviyyəli cehiz vermək üçün təxminən 10 min manat civarında pul xərcləyirlər. Mebel dəstləri 7-8 min manat, məişət əşyalarının ortalama qiyməti isə 3-5 min manat arasında dəyişir. 

Aylıq qazancı 500-700 manat olan şəxs isə bu pulu birdəfəlik ödəmək gücündə olmur. Mağazalar isə belə fürsətləri əldən vermir. Kreditlə cehiz axtaranları “yağlı müştəri” kateqoriyasına aid edərək, onlar üçün krediti asan, lakin yüksək faizlə rəsmiləşdirirlər. 

Məsələ ilə bağlı ARB telekanalında yayımlanan “Diqqət Efir” verilişinə açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, cehiz ailə münasibətlərində və evlilik məsələlərində heç də önəmli məsələ deyil:

“Qonşudan geri qalmamaq naminə daha yüksək məbləğli cehizlik tədarük etmək yarışına çıxırlar. Bu, bir sosial yarış forması alıb. Hər kəs öz real imkanlarına uyğun addımlar atmalıdır”.

Ətraflı süjetdə: