Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydenlə telefon danışığında Donbas məsələsini müzakirə edib.
Görüşdə Ukrayna ətrafında təhlükəsizlik və sülhün təmin olunması yolları müzakirə olunub.
Tərəflərin Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşün nəticələrinin qiymətləndirildiyi görüşdə Zelenski Amerika liderinə ölkəsinin suverenliyi və ərazi bütövlüyünə davamlı və qətiyyətli dəstəyinə görə təşəkkür edib.
Zelenskinin Donbas münaqişəsini dinc yolla həllinə sadiqliyini təkrarladığı görüşdə tərəflərin bu istiqamətdə növbəti addımlar üçün mövqelərini razılaşdırdıqları bildirilib.
Görüş zamanı Zelenski dalana dirənmiş sülh danışıqlarının yenidən başlanması ilə bağlı təkliflərinin olduğunu və bunu müxtəlif formatlarda müzakirəyə hazır olduqlarını qeyd edib.
Liderlər həmçinin Ukraynaya qarşı davam edən hibrid təcavüzə qarşı mübarizədə təhlükəsizlik, maliyyə və siyasi sahələrdə dəstək vermə yolları ətrafında fikir mübadiləsi aparıblar.
Zelenski “Şimal Axını-2” boru kəmərini enerji və təhlükəsizlik təminatları baxımından qiymətləndirdiklərini və kəmərin Ukraynanı Rusiyanın təcavüzünün qarşısını almaqda mühüm amildən məhrum edəcəyini bildirib. Görüş zamanı Ukraynanın enerji dayanıqlığının gücləndirilməsi üçün atıla biləcək konkret addımlar müzakirə edilib