Yer üzündən yox ola biləcək ölkələr açıqlandı

0
318

Bolqarıstanın yazarı Rumyana Genadiyeva yaxın yüz ildə Yer üzündən yox ola biləcək dövlətlərin siyahısını hazırlayıb.

Müəllifin fikrincə ABŞ dərin mədəni və siyasi ziddiyyətlərə görə XXII əsrə qədər mövcud olmamaq riskini daşıyır. O, əmindir ki, Amerikada hansısa mühüm hadisə onun sakinlərini birləşdirməsə, parçalanmağa başlayacaq. Köşə yazarı xatırladıb ki, 2012-ci ildə bütün 50 ştat öz vətəndaşlarından ittifaq üzvlüyündən azad olunmasını xahiş edən minlərlə məktub alıb.

Genadiyevanın sözlərinə görə, Belçika flamandlar və vallonlar arasında etnik parçalanmaların olacağı növbəti ölkədir. O, növbəti 20 ildə vallonların Fransa ilə ittifaq qura və ya müstəqillik qazana biləcəyini irəli sürüb. 

Böyük Britaniya da parçalanma təhlükəsi ilə üz-üzə qalan dövlətlər siyahısındadır. Müəllif qeyd edib ki, Londonun “Brexit” qərarı Böyük Britaniyanın bütün dövlətləri tərəfindən təsdiqlənməyib. Materialda qeyd edilir ki, ən azı Şotlandiya iyirmi il ərzində ittifaqdan çıxa bilər.

İspaniya da 2008-ci ilin ağır maliyyə böhranından çıxa bilmədiyi üçün parçalanma ərəfəsindədir. 2015-ci ilin yanvarında işsizlik 24%-ə çatıb və bundan sonra heç bir ciddi irəliləyiş müşahidə olunmayıb. Müəllif hesab edir ki, iqtisadi uğursuzluqlar Kataloniya və Bask ölkəsini Madriddən müstəqilliyə aparacaq mərkəzdənqaçma qüvvələri üçün katalizator ola bilər.

Bu dövlətlər, məqalədə deyildiyi kimi, etnik, dini və sosial ziddiyyətlərdən əziyyət çəkən ölkələrdir. Üstəlik, siyahıya qlobal təbii fəlakətlər nəticəsində yox olacaq ölkələr də əlavə edilib. Kiribati və Maldiv adaları kimi adalar dəniz səviyyəsinin qalxması səbəbindən yox ola bilər. 

“Niderlandın böyük bir hissəsi də dəniz səviyyəsindədir. Uzun illərdir ki, onlar daşqınlarla mübarizə aparır, bəndlər tikir və genişləndirir, lakin daşqın riski hələ də qalır”, – deyə müəllif yekunlaşdırıb.