Gürcüstanda verilən sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq

0
273

Gürcüstanda sürücülük vəsiqəsinin əldə olunması ilə bağlı ölkə qanunvericiliyinə dəyişiklik edilib və Avropa standartlarına uyğunlaşdırılıb. Bunun nəticəsində də, Gürcüstanda alınan sürücülük vəsiqələri Avropa ölkələrində etibarlı olacaq.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirinin müavini Vladimir Konstantinidi bildirib.

Onun sözlərinə görə, Gürcüstan bundan başqa daha bir neçə qanunu Avropa standartlarına uyğunlaşdırır. Həmin qanunlar Gürcüstanda verilən sürücülük vəsiqəsi və digər hüquqi sənədlərin Avropa ölkələrində də etibarlılığını artıracaq.