ABŞ-da erməni diasporuna ağır zərbə: İrəvanın planları uğursuzluğa düçar oldu

0
289

Ermənistan dövlətinin Azərbaycana qarşı yönələn siyasi maraqları və erməni diasporunun lobbiçilik fəaliyyəti növbəti dəfə uğursuzluğa düçar olub.

Bu dəfə ABŞ-da yaşayan erməni diasporunun Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası və irəli sürdüyü cəfəng təşəbbüslər nəticəsiz qalıb.

Üstəlik bunu ABŞ-da erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğul olan Amerika Erməniləri Milli Komitəsi də etiraf edib.

Təşkilatdan bildirilib ki, Azərbaycana qarşı irəli sürülmüş bir sıra təşəbbüslər ABŞ Milli Müdafiə Səlahiyyətləri Aktına salınmayıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Ermənistana qarşı beynəlxalq hüquq müstəvisində də üstünlük qazanıb. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası əsasında Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar verib.