Qan təzyiqini aşağı salmaq üçün ideal səhər yeməyi açıqlandı – FOTO

0
279

Dünyada bir milyarddan çox insan hipertoniyadan əziyyət çəkir. Davamlı yüksək qan təzyiqi ürək xəstəliyi, infarkt və insult üçün əsas risk faktorudur. Avstraliyalı və amerikalı alimlərin apardıqları araşdırmalar nəticəsində müəyyən olunub ki, pündəlik süd məhsulları, xüsusən də yoqurt istehlakı hipertoniyaya yoluxma riskini azaldır, artıq bu xəstəliyə tutulmuş insanlarda isə qan təzyiqini aşağı salmağa kömək edir.

Araşdırmanın nəticələri “International Dairy Journal”da dərc olunub.

Belə ki, süd məhsullarının tərkibində qan təzyiqinin tənzimlənməsində iştirak edən bir sıra mikroelementlər, o cümlədən kalsium, maqnezium və kalium var. Yoqurtda isə həm də qan təzyiqini aşağı salan zülal istehsal edən bakteriyalar var.

Tədqiqatın nəticələrinə görə, hətta ara-sıra az miqdarda yoqurt istehlakı hipertoniyadan əziyyət çəkən insanlarda təzyiqi aşağı sala bilər. Müntəzəm olaraq yoqurt istehlak edənlər üçün qan təzyiqi göstəriciləri bu məhsulu rasionuna daxil etməyənlərdən demək olar ki, yeddi bal aşağı olub.