Türkiyə və Azərbaycandan Afrika ölkələrinə humanist JEST: Peyvənd göndərildi

0
243

Türk Dövlətləri Təşkilatının (TDT) xətti ilə Afrika ölkələrinə Türkiyə 200 min doza “Sinovak” peyvəndi, Azərbaycan və Özbəkistan hər biri 100 min doza “Sinovak” peyvəndi, Macarıstan isə 211 min 200 doza “Sinopharm“ peyvəndi göndərib.

Sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso və Toqo dövlətlərinə hədiyyə olaraq çatdırılıb:

“Burkina Fasoya 400 min doza “Sinovak”, Toqoya isə 211 min 200 doza “Sinopharm” peyvəndi bağışlanıb”.

Qeyd edək ki, TDT-nin 8-ci Zirvə Toplantısında COVID-19-la mübarizədə beynəlxalq həmrəyliyə verilən əhəmiyyət vurğulanaraq Afrika ölkələrinə peyvənd yardımı ediləcəyi bildirilmişdi.