Nazir özünə yeni müşavir təyin etdi – FOTO

0
294

Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub. 

Bu barədə nazir Muxtar Babayev əmr imzalayıb. 

Əmrə əsasən, Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə vəzifəsindən azad edilib. 
O, nazirin müşaviri təyin olunub. 

ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib:

“Ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsinə Rasim Səttarzadə təyinat alıb. Bu təyinata qədər o, Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri olub. R.Səttarzadə 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.

Ekoloji siyasət şöbəsinin müdiri vəzifəsinə isə 2013-cü ildən Nazirlikdə çalışan Faiq Mütəllimov təyin olunub”.