Ərdoğandan SƏRT İRAD: “İstanbulda bir mismar belə vurulmur, öz sahibini tapmalıdır”

0
276

“İstanbul lokomotiv vəziyyətində olmalıdır, çünki lokomotiv hara gedirsə, vaqonlar da ora gedir. İstanbul bu işdə lokomotivdir”.

Bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısına telefon zəngi vəsitəsilə qoşulan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hazırda İstanbulun 15 milyon əhalisi var. 2023-cü ildə, daha sonra isə 2024-cü ildə öz sahibini tapmalıdır. Bu isə AKP-dir. Seçkilərdən sonra İstanbulda bir mismar belə vurulmur, ağaclar əkilmir. İstanbul indi qərib diyara çevirilib. 2023-cü ilə qədər başda İstanbul olmaqla, yenidən doğuşu, yenidən dirçəlişi qazanmağımız və qazandırmağımız lazımdır. Onun üçün yükümüz ağırdır. Allah yardımçımız olsun!”, – Türkiyə lideri çağırış edib.