Ermənilərdən qənimət olaraq götürülən silahların aqibəti AÇIQLANDI

0
404

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev 44 günlük müharibə zamanı rüsvayçı şəkildə məğlub olan Ermənistan qoşunlarından qənimət olaraq götürülmüş silahların aqibəti barədə açıqlama verib.

Mədət Quliyev İctimai Televiziyaya açıqlamasında erməni qoşunlarından xeyli sayda silah-sursatın qənimət olaraq götürüldüyünü bildirib. O qeyd edib ki, erməni qoşunlarının atıb qaçdığı silah-sursatın böyük hissəsi işlək vəziyyətdə olub.

Qənimət olaraq götürülmüş silahların digər hissəsi isə Müdafiə Nazirliyi ilə birlikdə təmir olunub və artıq ordumuz tərəfindən istifadə olunur.