Şeyxülislam şəhidlərin ailələrinə başsağlığı verdi

0
266

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə DSX-nin şəhid hərbçilərinin ailələrinə başsağlığı verib.

“Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqoununda təlim uçuşları yerinə yetirərkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması zamanı 14 hərbi qulluqçunun şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah şəhidlərə rəhmət eləsin!!

Şeyxülislam A.Paşazadə qəza zamanı yaralanmış hərbi qulluqçularımıza Uca Allahdan şəfaət diləyir, tezliklə sağalmaları üçün dualar edir”, – məlumatda qeyd edilir.

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.