Rasim Məmmədov təşkilatın mətbuat katibinə yeni tapşırıqlar vermişdir

0
426

İctimai Nəzarət Koalisiyasının sədri, DAMM İB-nin 1-ci vitse-prezidenti, SİMİB rəhbəri, ictimai xadim Rasim Məmmədov bu təşkilatların hər birinin həyata keçirdiyi işlər və İNK-nın nəzdində keçirilən bir sıra tədbirlərin daha geniş işıqlandırılması və müzakirəsi ilə bağlı mətbuat katibinə tapşırıqlar vermişdir.
Onu da qeyd edək ki, təşkilatda yeni təqdim olunmuş Fatma Həsənqızının Şəddat Cəfərovun 80 illik yubileyinə həsr etdiyi “Acılı, şirinli günlər”, Hüseyn Məmmədovun “Sazın-sözün vəhdəti” kitabları yüksək auditoriya marağına səbəb olmuşdur.
Şəhid analarının müraciəti ilə bağlı tədbirdə müzakirə olan məsələlər də lazımi orqanlara çatdırılmışdır.
İNK-nın mətbuat xidmətinin rəhbəri Sənubər Qasımovaya təşkilatın nəzdində keçirilən müxtəlif tədbirlərin, eyni zamanda İNK rayon nümayəndəliklərin fəaliyyətlərinin xəbər saytlarında daha geniş yer alması həvalə olunmuşdur.