Bakıdakı liseydə karantin müddəti uzadıldı

0
285

Bakı Şəhəri Məktəb Lisey Kompleksində əyani dərslər daha 14 gün müddətində distant tədrislə əvəz olunacaq.

Bakı Şəhəri Nərimanov rayonu Gigiyena Epidemioloji Mərkəzi təhsil ocağında şagird və müəllimlər arasında yoluxmanın çoxluq təşkil etdiyi üçün tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.

Bundan başqa, Bakı Avropa Liseyində bu gündən dərslərin əyani formada keçirilməsi qərarı verilib.

Xatırladaq ki, Bakı Şəhəri Məktəb Lisey Kompleksində noyabrın 12-dən dərslər distant formada keçirilir.