Koronavirusu iki saniyəyə məhv etməyin YOLU TAPILDI

0
288

Millimetr dalğalarının istifadəsi iki saniyə ərzində səthlərdə olan koronavirus və poliovirusun 99%-ni öldürə bilər.

İsrailin Ariel Universitetinin ekspertləri belə qənaətə gəliblər.

Mütəxəssislər uzunluğu birdən on millimetrə qədər olan radiodalğaların infeksiyaya təsirini tədqiq etdiblər və radiasiyanın patogenləri iki saniyəyə öldürə biləcəyini aşkarlayıblar.

“Belə tip radiasiya millimetr dalğa rejimində işləyir. Bu isə o deməkdir ki, onların dalğa uzunluğu təxminən üç millimetrdir. Sadəcə müqayisə üçün: cib telefonunun radiasiyasının dalğa uzunluğu təqribən 30 santimetr, mikrodalğalı şüalanma isə təxminən 12 santimetrdir”. professor Moşe Einat “Jerusalem Post”a deyib.

Alimlər qeyd ediblər ki, belə dalğalar temperaturu yüksəltməyə qadirdir, bu da onlara virus hissəciklərini öldürməyə imkan verir. Eyni zamanda, yeni üsul müxtəlif səthlərdə, məsələn, avadanlıq və digər texnologiyalarda istifadə üçün uygundur.

Tədqiqatın müəllifləri bu üsulun insan orqanizmində infeksiyaya qarşı mübarizədə istifadə oluna biləcəyinə şübhə ilə yanaşırlar, lakin eyni zamanda, onun daha sürətli işlədiyini qeyd edirlər: cəmi iki saniyə ərzində virus hissəciklərinin 99,8%-i məhv edilir.