“Həzi Aslanov-Dərnəgül” marşrutu ilə hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bunu “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, “Nəriman Nərimanov” stansiyasında sərnişinlər düşürülüb və qatar, ən yaxın baxış məntəqəsi kimi, depoya göndərilib:
“Əvəzinə xəttə qatar verilib. Bir dəqiqəlik yubanma olub”.