Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Xidmətdən bildirilib ki, küləyin maksimal sürəti Gəncədə 24 m/s, Tovuz, Naftalanda 22 m/s, Nabran, Neftçala, Xaçmazda 20 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 32 m/s, Maştağada 28 m/s, Pirallahı, Qum adasında 25 m/s, Neft Daşları və Binədə 24 m/s, Sumqayıtda 23 m/s, Çilov adasında 20 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzərdə dalğanın hündürlüyü 3.0 metrə çatıb.