Azərbaycanda vəzifəli şəxs qəfildən vəfat etdi

0
357

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşı qəfildən vəfat edib. 

Nazirliyin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli vəfat edib.

ETSN-nin mətbuat katibi İradə İbrahimova saytımıza məlumatı təsdiqləyib.

Nazirliyin rəsmisi qeyd edib ki, O.Məhərrəmli ürəktutmasından vəfat edib. 

O, 1985-ci il təvəllüdlüdür. Bakı Dövlət Universitetinin coğrafiya müəllimliyi fakültəsini bitirib.

2007-2009-cu illərdə “Samur” MMC direktor müavini, 2009-2010-cu illərdə ARDNŞ “Neft Daşları” Neft Qaz Çıxarma İdarəsində komendant, 2010-2012-ci illərdə ARDNŞ “Azərikimya” İB-də kadrlar üzrə mühəndis, 2012-2018-ci illərdə ARDNŞ “Azərikimya” İB-də Kadrlar və kadr hazırlığı şöbəsi, şöbə rəisinin müavini vəzifələrində işləyib.

2018-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan Resurslarının İdarə Edilməsi Şöbəsinin müdiri vəzifəsində işləyib.