Aqşin Ənvərli Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub
Vətən müharibəsində Aqşin Ənvər ki qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin əməkdaşları, İNK rayon numayəndliyi rəhbəri, şəhid ailələri, qazilər hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Şəhidin adına tikilmiş bulagın açılışı oldu.
Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Tədbir Lalə şadlıq sarayında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.
Təranə Alməmmədova
İctimai Nəzarət Koalisiya Qəbələ nümayəndliyi rəhbəri