Şəhid Mikayılin anasına son sözü: ANA, mənim üçün aglama!

0
416

Əhmədov Mikayıl Hümbət oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Əhmədov Mikayıl Hümbət oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin əməkdaşları, İNK rayon numayəndliyi rəhbəri, şəhid ailələri, qazilər hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. Tədbir iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər. Tədbir ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə.

Təranə Alməmmədova
İctimai Nəzərət Koalisiyasının Qəbələ rayon nümayəndəliyinin rəhbəri