Torpağı Vətənə çevirənlər

0
418

Rəşid Nəsrullayev Qəzənfər oğlunun Vətən müharibəsində şəhid olmasının ildönümü qeyd olunub.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Rəşid Nəsrullayev Qəzənfər oğlunun şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir. Bu münasibətlə rayon icra hakimiyyətinin əməkdaşları, İNK rayon numayəndliyi sədri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhidin təhsil aldığı məktəbin kollektivi tərəfindən onun məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Tədbir şəhidin ata ocağında ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə 🇦🇿

Təranə Alməmmədova.

İctimai Nəzərət Koalisiya Qəbələ numayəndliyi rəhbəri