VCA və YYSİB-nin Çingiz Abdullayevlə bağlı İctimai Bəyanatı

0
274

Zəmanəmizin vicdan etalonu sayılan ustad xalq yazicisi Çingiz Abdullayevə qarşı qara PR aparanların qəti surətdə pisləyirik. 

Çingiz Abdullaev dövrümüzün klassiki, Azərbaycan həqiqətlərini dünyaya çıxaran azsaylı kreativ intellektuallarımizdandır.
Milli kulturoloji brendimizə çevrilmiş, dünyanın aparıcı beyin mərkəzlərinin qəbul etdiyi  görkəmli ictimai-mədəni xadim, ustad xalq yazıçısı, insan haqlarının mübarizi, Rəsmi işlərində pesəkar olmayan məmurlarin qatı tənqidçisi, dünyada milyonlarla oxucusu olan detektiv əsərlər müəllifi, ictimai tənqidçi olaraq ona qarşı  mənfiniyyətlilərin başladığı bu qarayaxmanı xalqımıza, dövlətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, humanitar-kulturoloji, ictimai-mədəni, intellektual-estetik düşüncəmizə vurulan ağır zərbə kimi qəbul edirik. 
Aidiyyəti dövlət qurumlarında tələb edirik ki, belə məkrli qüvvələrin xarici güclərə işlədiyini araşdırsınlar.
Söz yox ki, Azərbaycanın tanınmışlarina,  ziyalılarımıza, siyasətçilərimizə, ictimai xadimlərə qarşı aparılan anti-təbliğatin arxasında bizi sevməyən böyük xarici qüvvələr və “bulanıq suda balıq tutmaq sevdasına düşən” qaraniyyətli adamlar durur.
Bəzi savadsız şəxslər, xüsusən də yeniyetmələr və gənclər sosial şəbəkələrdə onların təsirinə düşərək, özləri də bilmədən, qanunlarımız pozur, bu qara kampaniyanı genişləndirirlər.
Sıralarında 60 təsisatı birləşdirən  Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, kitabxana.net Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana, yenimedia.net analitik-sosial portal olaraq təsisatlarımızın adından bəyanat verərək qəti etirazımızı bildiririk.  Bu hadisə ilk dəfə baş vermir və planlı surətdə aparılaraq xalqımızın dəyərli nümayəndələrinə, o cümlədən böyük şəxsiyyət olaraq lider kimi qəbul etdiyimiz Çingiz Abdullayevə qarşı ardıcıl aparılır. Belə mənfi halları və  qarayaxma kampaniyasını biz ictimai aktivistlər və mədəni ictimaiyyətin nümayəndələri də qəti surətdə bu  pisləyirik. 
Arxasında məkrli düşüncələr və planlar duran şəxslər zəmanəmizin vicdan etalonuna çevrilən dünyaşöhrətli intellektualımız, Ustad  xalq yazıçımız Çingiz Abdullayevə qarşı apardıqları bu qara PR-ın arxasındakı zərərli planla bağlı ciddi araşdırmalar aparılır və o şəxslərin ifşa edən materiallar geniş ictimaiyyətə çatdırılacaq.

VCA və YYSİB Media və İctimai Əlaqələr Bölməsi