Şahmar Mövsümov: “Vaksin millətçiliyi ədalətsiz yanaşmadır”

0
308

“Bu gün Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda vaksin millətçiliyi barədə fikirlərini bildirdi”. 

Bunu Prezidentin köməkçisi Şahmar Mövsümov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə vaksinasiya 60-70 faizə qədər çatıb. 

“İnkişaf edən ölkələrin bir çoxunda isə heç 10 faizə çatmayıb. Təbii ki, bu, qeyri-bərabər, ədalətsiz yanaşmadır”, – deyə o əlavə edib

Onun sözlərinə görə, bütün ölkələr pandemiyaya qarşı mübarizədə birləşməlidilər ki, bu, tezliklə bitsin.