G20 ölkələri qlobal istiləşmənin məhdudlaşdırılması barədə razılığa gəlib

0
340

“Böyük İyirmilik” (G20) ölkələri iqlim dəyişikliyi barədə razılaşıb.

Lidelərin Romada keçirilən sammiti zamanı qlobal istiləşmənin 1.5 dərəcəyədək məhdudlaşdırılması qərarlaşdırılıb.

Yekun bəyanatda hədəf müddət kimi əsrin ortaları göstərilib.

Həmçinin, müxtəlif ölkələr üçün sıfır emissiyaya çatma hədəfi olaraq fərqli illər müəyyənləşdirilib. Məsələn, Aİ üçün bu 2030-cu, Çin üçünsə 2060-cı il olaraq qeyd edilib.

Bununla yanaşı, bəyanatda iştirakçı ölkələrin pandemiya zamanı vaksinlərin hazırlanması müddətini 300 gündən 100 günədək azaltmaq, eləcə də peyvəndlərin ədalətli bölgüsünə nail olmaq barədə öhdəlik götürdükləri bildirilib.